İnsan yaşlandıqca maddələr mübadiləsi yavaşıyır. Bu, təkcə artıq çəkiyə deyil, həm də mədə-bağırsaq traktının xəstəliklərinə, qalxanabənzər vəzi, dəri problemlərinə gətirib çıxarır. Üstəlik, insanın sağlamlıq problemləri nə qədər çox olarsa, üzündə yaşı daha aydın görünür.
QafqazTürk.com xəbər verir ki, Rusiyalı terapevt Oleq Perkuşin dərinin, saçın, daxili orqanların vəziyyətini yaxşılaşdırmağa kömək edən, həmçinin insanı sanki daha gənc göstərən qidalar haqqında danışıb.
Mütəxəssisin fikrincə, təzə tərəvəz, meyvə, dəniz balığı, quş əti, yumurta, qoz-fındıq və göbələk qalxanabənzər vəzi, mədə, bağırsaq, həmçinin böyrək və qaraciyərin fəaliyyətini aktivləşdirməyə kömək edəcək.
Menyudan konservləşdirilmiş məhsullar, turşu tərəvəzlər, şirin mürəbbələr və konservlər, həmçinin ağ çörək, hazır dənli bitkilər və südlü qəhvə xaric edilməlidir.
“Belə qidalar aclığı neytrallaşdırmaqdan daha çox sağlamlığa zərər verəcək. Bol karbohidratlar, kimyəvi əlavələr, qlüten və şəkər dərinizi “bişmiş almaya” çevirəcək, saçlarınız isə ağaracaq”, – deyə Perkuşin bildirib.