• 25 Fevral 2025 03:21

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi “Gürcüstanın işğal olunmuş ərazisindən məcburi köçkünlər haqqında” qanuna dəyişikliyi dəstəkləyib

ByTürkan Şahverdova

Fev 14, 2025
Another advertisement

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi “Gürcüstanın işğal olunmuş ərazisindən məcburi köçkünlər haqqında” qanuna dəyişikliyi dəstəkləyib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Qanun layihəsini komitə üzvlərinə Abxaziya Muxtar Respublikası Ali Sovetinin Hüquq və prosessual məsələlər komitəsinin sədri Vaxtanq Kolbaia təqdim edib.

Vaxtanq Kolbaianın fikrincə, məcburi köçkün ailəsinin uzunmüddətli mənzillə təmin olunması və ya müvafiq maddi yardımın verilməsi ilə bağlı müvafiq hüquqi akt verilərkən topladığı ballar əsasında həmin ailənin mənzillə təmin edilməsi lazımdır.

Dəyişiklik məcburi köçkün ailəsinin uzunmüddətli mənzillə və ya müvafiq maddi yardımla təmin olunması ilə bağlı müvafiq hüquqi akt verildikdən sonra ailə üzvü vəfat etdikdə bal itirməməsi və  az mənzil sahəsi almaması üçün zəruridir. Təklif olunan düzəliş məcburi köçkün ailəsinin maraqlarını qoruyacaq mexanizmin müəyyənləşdirilməsini təmin edəcək”, – Vaxtanq Kolbaia bildirib.