This is a specific ad

İnflyasiya sürətinin ləngiməsinə səbəb nə oldu?- Qiymətləndirmə

294

Another advertisement

Son aylarda Gürcüstanda inflyasiya sürətinin ləngiməsi bir neçə amillə bağlıdır.

QafqazTürk Media xəbər verir ki, bu barədə PMC tədqiqat mərkəzinin direktoru öz şərhini bölüşüb.

Qiorqi Xiştovaninin verdiyi məlumata görə, qiymətlərin sabit səviyyədə saxlanılmasının əsas səbəblərindən biri əhali arasında istehlakın nisbətən azalmasıdır. Buna səbəb isə seçkiqabağı dövrün olmasıdır. Onun sözlərinə görə, əhalinin xərcləmə sürətinin azalması biznesi qiymətləri sabit saxlamağa sövq edir.

Giorgi Xiştovaninin sözlərinə görə, inflyasiyanın sürətinin aşağı səviyyədə qalmasının digər səbəbi larinin sabit məzənnəsidir.

“İlk baxışda bizdə biraz qəribə vəziyyət yaranıb, çünki bizdə deyə bilərik ki, ikirəqəmli iqtisadi artım var, lakin buna baxmayaraq, inflyasiya il ərzində hədəfdən aşağı olub və azalma tendensiyası var.

İqtisadiyyatda risklər var, bunlar əsasən siyasi risklərdir, qarşıda mühüm seçkilər var və buna əhalinin istehlak baxımından nisbətən təmkinli olması və yüksək iqtisadi artıma baxmayaraq bazarın qiymətlərində daha yüksək artım olmasına imkan verilməməsi də daxildir. İkinci izahat ondan ibarətdir ki, müəyyən turbulentlikdən sonra məzənnə sabitliyi saxlanılıb. Biz bilirik ki, larinin məzənnəsi ilə qiymətlər arasında korrelyasiya yüksəkdir və bu, qiymət artımının böyük miqyas almaması üçün vacib amildir”, – deyə Qiorqi Xiştovani bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanda artıq üçüncü aydır ki, aylıq kəsimdə deflyasiya qeydə alınır. Milli Statistika Xidmətinin verdiyi məlumata görə, 2024-cü ilin avqustunda əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,1% təşkil edib.

İllik inflyasiyanın sürəti də azalıb və avqustda qiymətlər il ərzində 1% artıb.

 

Sonrakı yazı
Məktəblərdə peşə təhsili proqramlarının tətbiqinə başlanılır
Öncəki yazı
Bədbəxt hadisə-Turist şəlaləyə düşərək ölüb