İndoneziya Ukrayna ilə bağlı öz sülh planını təqdim edib.
QafqazTürk xəbər verir ki, bu barədə “BBC” yazır.
İndoneziyanın Müdafiə naziri Prabovo Subiantonun bəyan edir ki, sülh planının əsas məqamları bunlardır: Dərhal atəşkəsın təmin olunması, sülhməramlı qüvvələrin nəzarəti altında silahsızlaşdırılmış zonanın yaradılması və Birləşmiş Millətlər himayəsi altında “mübahisəli ərazilərdə” yeni referendumların keçirilməsi.
Qeyd edək ki, Subianto açıqlamayıb, “mübahisəli ərazilərdə” nə nəzərdə tutulur.
Bundan başqa, İndoneziyanın müdafiə nazirinin dediyinə görə, Rusiyanın nəzarəti altında olan bölgələrin sakinlərinin istəklərini “obyektiv şəkildə müəyyən etmək” lazımdır.
Qeyd edək ki, Ukrayna dəfələrlə bəyan edib ki, sülhün şərti Ukrayna ərazilərinin itirilməsi olacaqsa, sülhə maraqlı deyil. Bu yanaşma ilə ABŞ və Avropa İttifaqında razılaşırlar. Avropa İttifaqının ali nümayəndəsi, Cozef Borrell bəyan etdi ki, onlar “Ukraynanı başqa Belarusa çevirən dünya istəmirlər”.