İmtahan mərkəzləri istiqamətində xüsusi marşrutlar yaradılacaq

0

Vahid ümumrespublika, ümumi magistratura, müəllim imtahanları və tələbə qrant müsabiqəsi əsasında imtahan mərkəzləri istiqamətində xüsusi marşrutlar müəyyən ediləcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.

Bu il iyulun 3-dən avqustun 8-dək vahid ümumrespublika, ümummagistratura, müəllimlərin imtahanları və tələbə qrant müsabiqəsi əsasında bütün tələbələrin rahat gediş-gəlişini asanlaşdırmaq məqsədilə imtahan mərkəzləri istiqamətində xüsusi marşrut xətlərinin yaradılmasını planlaşdırırıq”, – deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Qldani və Muxiani qəsəbələrindəki imtahan mərkəzləri istiqamətində avtobuslar metronun “Axmeteli Teatrı” stansiyasına bitişik ərazidən, yəni Qobronidze və Vekua küçələrinin kəsişməsindən; Üçüncü massivdə yerləşən imtahan mərkəzi istiqamətində avtobus “Varketili” metrostansiyasına bitişik ərazidən hərəkət edəcək; Metromşeni qəsəbəsindəki imtahan mərkəzi istiqamətində ictimai nəqliyyat “Samqori” metrostansiyasının yuxarı çıxışından hərəkət edəcək.

P.S. QafqazTürk Media bütün abiturientlərə imtahanlarında uğurlar arzu edir!

0
0
Kateqoriya: Təhsil
Sonrakı yazı
Fətullah Gülənin qardaşı qızı həbs edildi – FOTO
Öncəki yazı
Priqojinin təyyarəsi Belarusda hərbi aerodroma enib – FOTO