This is a specific ad

İmir kəndində “Kəsik Təpə” kompleksində tikinti işləri davam edir

297

Another advertisement

Marneuli bələdiyyəsinin İmir kəndində “Kəsik Təpə” arxeoloji kompleksinə gedən yolun salınması işləri davam etdirilir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin meriyası məlumat yayıb.

Layihə çərçivəsində, 1 079 metr uzunluğunda dəmir-beton yol örtüyü döşənəcək. Beləliklə, kompleksə gediş-gəliş şəraiti xeyli yaxşılaşdırılacaq.

Layihənin ümumi dəyəri 1 260 308.33 laridir. Birgəmaliyyələşdirmənin 64%-i 2024-cü ilin yerli özünüidarəetmə büdcəsindən, qalan 36%-i isə — 450 000 lari 2024-cü ilin dövlət büdcəsindən ayrılıb.

Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi, bələdiyyə üzrə infrastrukturun təşkili istiqamətində fəal çalışır.

Kateqoriya: Cəmiyyət, Marneuli, Region
Sonrakı yazı
Co Bayden altı günlük səfər çərçivəsində Peruya gəlib
Öncəki yazı
İran hicab qanunlarına qarşı çıxan qadınlar üçün müalicə klinikası açmağı planlaşdırır