• 17 Fevral 2025 15:29

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İmir kəndində Azərbaycanın və Gürcüstanın Müstəqillik Günü qeyd edilib FOTO/VİDEO

ByNiyazi Yusubov

May 30, 2023
Another advertisement

29 may tarixində Marneuli bələdiyyəsinin İmir kənd ictimai məktəbində Azərbaycan və Gürcüstan Respublikalarının müstəqillik gününə həsr edilmiş tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbirin təşkilatcısı həmin məktəbin ibtidai sinif müəlliməsi Qönçə Paşayevadır.

Tədbir hər iki dövlətin himnlərinin səslənməsi ilə başlayıb. Şagirdlərin milli rəqsləri və səsləndirdikləri şeirləri tədbirdə əsl vətənpərvərlik abu-havası yaradıb.

Məktəb rəhbərliyi və məktəbin digər müəllimləri uşaqlara müstəqillik günü haqqında geniş məlumat veriblər. Dəmiyə Gorarxı ictimai məktəbinin müəlliməsi Xanım İbrahimova ve Tahirə Qurbanovanın gəlişi isə tədbirə ayrı bir töhfə verib.