Another advertisement
29 may tarixində Marneuli bələdiyyəsinin İmir kənd ictimai məktəbində Azərbaycan və Gürcüstan Respublikalarının müstəqillik gününə həsr edilmiş tədbir keçirilib.
QafqazTürk.com xəbər verir ki, tədbirin təşkilatcısı həmin məktəbin ibtidai sinif müəlliməsi Qönçə Paşayevadır.
Tədbir hər iki dövlətin himnlərinin səslənməsi ilə başlayıb. Şagirdlərin milli rəqsləri və səsləndirdikləri şeirləri tədbirdə əsl vətənpərvərlik abu-havası yaradıb.
Məktəb rəhbərliyi və məktəbin digər müəllimləri uşaqlara müstəqillik günü haqqında geniş məlumat veriblər. Dəmiyə Gorarxı ictimai məktəbinin müəlliməsi Xanım İbrahimova ve Tahirə Qurbanovanın gəlişi isə tədbirə ayrı bir töhfə verib.