Layihə çərçivəsində 1079 metr dəmir-beton yol örtüyü döşənib. Hazırda xarici işıqlandırma və kanalizasiya sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Yolun tikintisi yerli büdcə hesabına maliyyələşdirilib, dəyəri 1 260 308 larini təşkil edib.
Layihənin gedişi ilə yerində tanış olan şəxslər: Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, merin birinci müavini Roin , Kvemo Kartli üzrə Dövlət Nümayəndəsinin müavini İlia Jalaghania və yerli özünüidarəetmə orqanlarının nümayəndələri.
Layihənin həyata keçirilməsi həm arxeoloji kompleksin əlçatanlığını, həm də yerli əhali üçün yol infrastrukturunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.