Another advertisement
Marneuli bələdiyyəsinin İmir kəndində “Kəsik Təpə” arxeoloji kompleksinə gedən yolun salınması işləri davam etdirilir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin meriyası məlumat yayıb.
Layihə çərçivəsində, 1 079 metr uzunluğunda dəmir-beton yol örtüyü döşənəcək. Beləliklə, kompleksə gediş-gəliş şəraiti xeyli yaxşılaşdırılacaq.
Layihənin ümumi dəyəri 1 260 308.33 laridir. Birgəmaliyyələşdirmənin 64%-i 2024-cü ilin yerli özünüidarəetmə büdcəsindən, qalan 36%-i isə — 450 000 lari 2024-cü ilin dövlət büdcəsindən ayrılıb.
Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi, bələdiyyə üzrə infrastrukturun təşkili istiqamətində fəal çalışır.