This is a specific ad

İmereti polisi oğurluq faktı üzrə 3 nəfəri həbs edib

31

Another advertisement

İmereti polisi oğurluq faktı üzrə 3 nəfəri həbs edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, İmereti RPİ-nin Samtredia rayon bölməsi və Kutaisi şəhər bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində əvvəllər məhkum olunmuş və hazırda şərti məhkum olunmuş şəxslər çoxsaylı külli miqdarda oğurluqlar törətməkdə ittiham olunaraq, qrup halında həbs ediliblər.

Qurumun verdiyi məlumata görə, cinayət 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər İmereti rayonu ərazisində müxtəlif ərazilərdə yerləşən əmanət aparan maşınlar vasitəsilə müəyyən məbləğdə pul vəsaitlərini öz hesablarına yerləşdiriblər, daha sonra isə maşını zədələyərək bütün məbləği qanunsuz olaraq ələ keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış pulun bir hissəsini sübut kimi götürüblər. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci, üçüncü və dördüncü hissələri ilə aparılır”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Avstriya kansleri istefa verib
Öncəki yazı
Uçuşlara icazə verilmir