Another advertisement
İlon Maskın “Neuralink” şirkəti beyin implantlarının klinik sınaqları üçün könüllülərin işə götürüldüyünü elan edib.
QafqazTürk.com xəbər verir ki, şirkətin məlumatına görə onurğa beynin boyun nahiyəsinin zədəsində və ya amiotrofik skleroz nəticəsində iflic olan insanlar tədqiqatda iştirak edə bilərlər.
“Neuralink” təxminən 6 il çəkəcək araşdırmada neçə nəfərin iştirak edəcəyini hələ dəqiqləşdirməyib.
İştirakçılara yalnız düşüncələrindən istifadə edərək kompüter kursorunu və ya klaviaturasını idarə etmək imkanı vermək məqsədilə patentləşdirilmiş robotun köməyi ilə beynin hərəkətə nəzarət edən sahəsinə cərrahi yolla BCI implantasiyası edilir.