This is a specific ad

İLK DƏFƏ – Marsda maye su tapılıb

181

Another advertisement

Marsda ilk dəfə maye su tapılıb.

QafqazTürk Media xarici mediaya istinadən  xəbər verir ki, bu barədə NASA-nın Mars “Insight Lander” zondunun topladığı məlumatları təhlil edən alimlər qənaətə gəliblər.

Qeyd olunub ki, Qırmızı Planetin qabığının dərinliklərində maye su anbarı adlanan yer var və su Marsın səthinin altında 10-20 km dərinlikdə yerləşir.

Marsın səthini tədqiq edən tədqiqatçılar onun üzərində su olduğunu çoxdan anlayıblar: səthdə çay və göllərin izləri var. Lakin son 3 milyard ildə onların yerini səhra tutub. Suyun bir hissəsi səthin altında qalıb.

Xatırladaq ki, “Mars Insight Lander” zondu 2018-ci ildə Marsa gəlib və 2022-ci ilin sonuna qədər planetin daxili quruluşunu öyrənib. O, Marsın qabığından keçən seysmik dalğaları qeydə alıb ki, bu da alimlərə Marsın hansı təbəqələrdən ibarət olduğunu müəyyən etməyə imkan verib. Bu üsul Yerdə su, neft və ya qazın yeraltı ehtiyatlarını tapmaq üçün istifadə edilən üsula bənzəyir.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
ბოლნისში, მდინარე ხრამში დაკარგული არასრულწლოვანი გარდაცვლილი იპოვეს
Öncəki yazı
Yunanıstanda meşə yanğını baş verib,ölən və xəsarət alanlar var