2023-cü ilin ikinci rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% (263,2 lari) artaraq 1 804,5 lari təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı müşahidə olunub:
- İnformasiya və rabitə – 3 min 799,8 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,2%);
- Maliyyə və sığorta fəaliyyəti – 3 min 181,4 lari (artım 19,1%);
- Tikinti – 2 min 590,3 lari (18,9%);
- Peşə, elmi və texniki fəaliyyət – 2 min 525,0 lari (25,1%).
2023-cü ilin II rübündə qadınların orta əmək haqqı 1437,1 lari, kişilərinki isə 2 min 161,6 lari müəyyən edilib. Əmək haqqının illik artımı qadınlarda 196,5 lari (15,8%), kişilərdə isə 333,2 lari (18,2%) təşkil edib. Fəaliyyət növlərinə görə bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olub.
2023-cü ilin II rübündə sahibkarlıq sektorunda əməkhaqqı müqabilində fəaliyyət göstərən işçilərin orta aylıq əmək haqqı 289,0 lari (17,8%) artaraq 1 914,7 lari təşkil edib.
Fəaliyyət növlərinə görə ən yüksək əmək haqqı informasiya və rabitə (ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,8% artaraq 3 min 909,0 lari), habelə peşə, elmi və texniki fəaliyyət (895,4 lari, 26,5%) artıb.
2023-cü ilin II rübündə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 213,4 lari (15,3%) artaraq 1 610,2 lari təşkil edib. Fəaliyyət növünə görə maliyyə və sığorta fəaliyyətində çalışanlar nisbətən yüksək orta əmək haqqına malikdirlər.
Orta əməkhaqqına görə rayonlarda Tbilisi şəhəri və Acarıstan MR liderdir.