This is a specific ad

İlia Darçiaşvili: Gürcüstan bütün öhdəlikləri alnı açıq, üzü ağ yerinə yetirir – ƏTRAFLI

27

Another advertisement

“Gürcüstan beynəlxalq ictimaiyyət qarşısında götürdüyü bütün öhdəlikləri alnı açıq, üzü ağ yerinə yetirir” – QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Danimarkaya səfəri zamanı jurnalistlərə açıqlayıb.

O, Ukraynada müharibə başlayandan indiyədək Gürcüstan vasitəsilə kiminsə sanksiyalardan yayınmasına dair bir dənə də olsun fakt olmadığını bildirib.

“Bu, tərəfdaşlarımız qarşısında götürdüyümüz öhdəliyimizdir və hər zaman yerinə yetiriləcək. Bu bizim məsuliyyətimizdir. Müvafiq olaraq, Gürcüstan bu məsələdə olduqca şəffaf və açıqdır.Gürcüstan beynəlxalq ictimaiyyət və tərəfdaşlarla birlikdə bu istiqamətdə aktiv fəaliyyətini davam etdirəcək. Bu istiqamətdə biz beynəlxalq tərəfdaşlarımızla olduqca sıx koordinasiyadayıq və sanksiyalarla bağlı tərəfdaşlarımızla birlikdə şəffaf işləyirik” – deyə İlia Darçiaşvili açıqlayıb.

Danimarkalı jurnalistin “Gürcüstan Avropa İttifaqının üzvü olsaydı, Rusiyaya qarşı sanksiya yolu ilə gedərdimi ?” – sualına Darçiaşvili belə cavab verib:

“Gürcüstan namizəd ölkə statusu almaq üçün Avropa İttifaqı ilə işləyir. Bu, yekun üzvlüyə aparan addımdır, yoldur. Yekun üzvlük vaxt tələb edir, Gürcüstanın yekun üzvlük əldə etməsi üçün illər lazımdır. Biz məsuliyyətli tərəfdaşıq, Avropa İttifaqının assosiativ üzvüyük və tərəfdaşlarımızla üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. Müvafiq olaraq, ölkənin olduqca sıx, yaxın koordinasiya ilə atdığı addımları olduqca aydın və asanlıqla görmək olar” -deyə İlia Darçiaşvili qeyd edib.

Sonrakı yazı
Gürcüstanda aprel ayında yaşayış minimumu nə qədər idi? – Sakstat açıqlayır
Öncəki yazı
Azərbaycan və Ermənistan liderləri Brüsseldə Şarl Mişel ilə görüşüb – ƏTRAFLI