İlia Darçiaşvili Brüsseldə işgüzar səfərdədir – ƏTRAFLI

0

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili cari ilin 18-19 iyul tarixlərində Brüsseldə işgüzar səfərdə olacaq.

Nazirlik səfər çərçivəsində XİN rəhbərinin Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhei və Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş direktorluğunun direktoru Qert Yan Kopmann ilə görüşlər də daxil olmaqla Avropa İttifaqının təsisatlarının yüksək səviyyəli nümayəndələri ilə görüş keçirəcəyinə dair məlumat yayır.

Verilmiş məlumatda görüşlər çərçivəsində Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi, eləcə də ikitərəfli münasibətlərin gündəliyinin müzakirə olunacağı deyilir.

0
0
Sonrakı yazı
ეკომიგრანტებს სახლების შესარჩევად ვადა 6 თვე ექნებათ – ახალი ცვლილება
Öncəki yazı
Peter Fişer: “Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyini dəstəkləyirik, bu yolda uğur qazanacağıq”