İlham Əliyevdən Ərdoğana təbrik zəngi

59

İlham Əliyevdən Ərdoğana təbrik zəngi

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

İlham Əliyev PKK-nın ləğv olunması və silahı yerə qoyması münasibətilə Türkiyə xalqını təbrik edib. O, bu hadisəni Prezident Ərdoğanın liderliyində aparılan qətiyyətli siyasətin və milli birliyin uğuru kimi qiymətləndirib.

İlham Əliyev bu addımı regionda sülh və sabitliyə töhfə verən önəmli dönüş nöqtəsi adlandırıb və qərarın icrasında Türkiyəyə uğurlar arzulayıb.

Ərdoğan dəstəyə görə təşəkkür edib və Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Liderlər strateji müttəfiqlik barədə fikir mübadiləsi aparıblar.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Qanı qatılaşdıran qidalar: Diqqətli olun
Öncəki yazı
“Gürcü Arzusu” Siyasi Şurası bəyanat yayıb