This is a specific ad

İlham Əliyev:”Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır”

18

Another advertisement

Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü – hər iki ölkəni Avropada səfərbər olunmuş vahid, strateji əhəmiyyətə malik komanda kimi təqdim etməyə imkan verdi.

QafqazTürk.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş.

Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.Gürcüstana müntəzəm olaraq səfərlər etdiyini, bu ölkənin Baş nazirinin Azərbaycana gəldiyini və hər zaman mühüm məsələləri müzakirə etdiklərini xatırladan dövlət başçısı qeyd edib:

“Biz Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini tam anlayırıq və Gürcüstana bu işdə uğurlar arzu edirəm”.

Azərbaycan Prezidenti Avropa İttifaqının Gürcüstana artıq müəyyən status şamil etməsi münasibətilə təbriklərini çatdırıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Yuxarı Lars yenidən yük maşınlarının keçidi üçün bağlanıb
Öncəki yazı
2022-ci ildən bəri Rusiya vətəndaşları Gürcüstanda 1 550 şirkət qeydiyyatdan keçirib