İlham Əliyev: “Türkiyə dövlət başçısını Azərbaycanda çox sevirlər”

0

Prezident seçkilərində Türk xalqının sizə göstərdiyi inam bir daha sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniştərkibli görüşündə deyib.

“Sizi Azərbaycanda bilirsiniz ki, çox sevirlər. Siz bizim əziz qonağımızsınız. Yeni hökumət üzvlərini də mən ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Dünən artıq bizim nazirlər və digər yüksək səviyyəli rəsmiləri bir arada olublar, bu təmaslar bu gün də davam edir. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə bir yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı bir yol xəritəsi çəkmiş olur. Əminəm ki, bu səfərdə də belə olacaq, bir daha xoş gəlmisiniz”, – İlham Əliyev qeyd edib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə lideri: “Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq”
Öncəki yazı
Suriyada ABŞ helikopteri qəzaya uğrayıb