İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib

0

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

QafqazTürk.com xəbər verir ki, dövlət başçıları bir-birini və iki ölkə xalqlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə əlaqədar fikir mübadiləsi aparılıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Həcc ziyarəti zamanı zəvvarlar 4,6 petabaytdan çox məlumatdan istifadə ediblər
Öncəki yazı
NATO və Avropa İttifaqı haqqında məlumatlılığı artırmaq kampaniyası davam edir