This is a specific ad

İlham Əliyev quru sərhədlə bağlı bəyanat yayıb

390

Another advertisement

Koronavirus pandemiyası ilə əlaqədar yaradılmış xüsusi karantin rejimi çərçivəsində Azərbaycanın quru sərhədi 2024-cü il oktyabrın 1-dək bağlı saxlanılacağına dair açıqlama verilmişdi. Bununla belə, məhdudiyyət müddətinin uzadılması gözlənilir.

QafqazTürk Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev səkkizinci çağırış Milli Məclisində  keçirilən ilk iclasında çıxışı zamanı deyib ki, quru sərhəddə qoyulan məhdudiyyətlər ölkəni “çox böyük fəlakətlərdən” xilas edib.

“Sərhədlərin bağlı qaldığı bu gün də təhlükəli aksiyalara cəhdlər edilir və onların qarşısı alınır”, – Əliyev deyib.

Onun sözlərinə görə, sərhəd mühafizəsi Azərbaycanı xarici risklərdən qoruyacaq. Əliyevin bu gün verdiyi açıqlama oktyabrın 1-dən sonra sərhədlərin açılmayacağından xəbər verə bilər.

Bakı daha əvvəl bildirmişdi ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimini “lazım olduğu müddətcə” saxlayacaq. Ölkəyə giriş yalnız hava yolu ilə mümkündür. Eyni zamanda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikadan quru yolu ilə gedə bilərlər.

Qeyd edək ki, Gürcüstanda yaşayan etnik azərbaycanlılar və Gürcüstan prezidenti Salome Zurabişvili quru sərhədlərinin açılmasının zəruriliyindən dəfələrlə danışıblar.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Azərbaycandan Gürcüstandakı azərbaycandilli məktəblər üçün dərsliklər göndərilib
Öncəki yazı
გრძელდება შანტაჟი ბიძინა ივანიშვილის წინააღმდეგ, რომელიც განწირულია წარუმატებლობისთვის – ირაკლი კობახიძე