İlham Əliyev: “Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək”

1

Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdiyi ABŞ nümayəndə heyəti ilə söhbətində deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin də hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.

Prezident qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda ünvanı qeydiyyata alınmamış əhalinin sayı
Öncəki yazı
Hakan Fidan Ararat Mirzoyanla regional məsələləri müzakirə edib