This is a specific ad

İlham Əliyev: “Makron öz ölkəsində rahat dura bilmədiyinə görə Gürcüstana da əl atır”

63

Another advertisement

Azərbaycan prezidenti İlham Əliyev Rusiya mətbuatına, VQTRK və RİA-ya müsahibəsində deyib ki, “Gürcüstanda baş verən iğtişaşlarda belə Fransa prezidenti Emmanuel Makronun əli var”.

“Yaxşı ki, indi vəziyyət (Gürcüstanda) sabitliyə doğru gedir və yenə də görürsən ki, Makronun “qulaqları” çıxıb. O, öz ölkəsində rahat durmadığına gör Gürcüstana da əl atır”.

Əliyevin sözlərinə görə, “Gürcüstan Azərbaycanın ən mühüm tərəfdaşı və yaxın dostudur, ona görə də orada vəziyyətin sabitliyinin pozulması hər iki ölkə üçün eyni dərəcədə zərərlidir”.

Bundan əvvəl Əliyev Bakıda keçirilən “Müxtəlifliyin qorunması – 2024-cü ildə islamofobiya ilə mübarizə” adlı konfransda Fransanın müsəlmanlara açıq şəkildə təzyiq etdiyini bildirmişdi.

Fransa ənənəvi neokolonializm siyasəti ilə yanaşı, müsəlmanlara qarşı zülm və ayrı-seçkilik siyasətini açıq şəkildə həyata keçirir və müxtəlif islamafobiya kampaniyaları təşkil edir”.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris Gürcüstanda “çox sərt repressiyalardan” narahatdır. Gənclərə qarşı çox sərt repressiyalardan, hökumət başçısının bəyanatlarından və seçkilərdən sonra əslində Avropa yoluna xəyanətdən çox narahatıq. Bu, [arzuların] seçki kampaniyası zamanı insanlara söylədiklərinin tam əksi idi”, – deyə Makron Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.
Bundan əvvəl Makron Bidzina İvanişvili ilə söhbətində də oxşar bəyanatlar vermişdi.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Avtomobil qəzası nəticəsində 2 aylıq körpə dünyasını dəyişib
Öncəki yazı
სალომე ზურაბიშვილი აღარ არის აქტუალური, კვირა-ნახევარი დარჩა თანამდებობაზე, შესაბამისად არის მძიმე ემოციურ მდგომარეობაში, ვერ ელევა საკუთარ სკამს, ასე ადამიანი სკამს ეჭიდებოდეს, პირველად ვნახე – ირაკლი კობახიძე