This is a specific ad

İlham Əliyev: İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq

76

Another advertisement

Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı deyib.

Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə edən Prezident bildirib:

“Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

AZƏRTAC

Kateqoriya: Dünya
Sonrakı yazı
Prezident İlham Əliyev: Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir
Öncəki yazı
Gürcüstan vətəndaşı qanunsuz olaraq həbs edilib