Another advertisement
Bu gün, sentyabrın 21-də İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub.
QafqazTürk.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə əlaqədar üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib.
Baş verənlərlə əlaqədar hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb.
Bununla əlaqədar hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir.
Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.