This is a specific ad

İlham Əliyev: Dırnaqarası “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur

26

Another advertisement

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, “Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”.

“Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”, – deyə dövlətimizin başçısı əlavə edib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Tbilisidə faciə baş verib-Yeniyetmə dünyasını dəyişib
Öncəki yazı
Kaxa Kaladze AŞPA Monitorinq Komitəsinin “Gürcü Arzusu” ilə bağlı irəli sürdüyü təklifə münasibət bildirib