This is a specific ad

İlham Əliyev: “Cənubi Qafqazda regional inteqrasiya üçün məsləhətləşmələrə başlamaq şansı var”

48

Another advertisement

Cənubi Qafqazda regional inteqrasiya üçün məsləhətləşmələrin başlamaq şansı var və ilk məsləhətləşmələr yaxın vaxtlarda Gürcüstanda keçirilib“.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA universitetində jurnalistin sualına cavabında deyib.

O, beynəlxalq tədbirlərdə Gürcüstan, Azərbaycan və Ermənistanın baş nazirlərinin görüşməsini müsbət qiymətləndirib.

Beynəlxalq tədbirlər çərçivəsində Gürcüstan, Ermənistan və Azərbaycanın baş nazirləri görüşüblər, məncə, bu, müsbət əlamətdir”, – deyə İlham Əliyev bildirib.

Polşalı jurnalist Yakob Kareyba İlham Əliyevdən Cənubi Qafqaz ölkələrinin regional inteqrasiyası üçün bir növ Benilüks modeli yaratmaq şansını görüb-görmədiyini soruşub. Azərbaycan Respublikasının Prezidenti isə qeyd edib ki, belə bir modelin yaradılması kifayət qədər realdır və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə bu məsələ də müzakirə olunub.

İlham Əliyevin sözlərinə görə, Gürcüstanın enerji təhlükəsizliyi böyük oyunçular arasında nə baş verməsindən asılı olmayaraq tam qorunur, çünki o, etibarlı təchizat, qarşılıqlı əlaqə, qarşılıqlı asılılıq mənbəyidir ki, bu da yaxşı dostluğa çevrilib.

“Cənubi Qafqazın ən azı məsləhətləşmələr yolu ilə prosesə başlamaq şansı var. İnteqrasiyadan danışmaq hələ tez ola bilər, amma məsləhətləşmələrdən başlaya bilərik. Orada üç Cənubi Qafqaz ölkəsinin baş nazirləri: Gürcüstan, Ermənistan və Azərbaycanın baş nazirləri görüşdülər.
Məncə, bu, müsbət əlamətdir. Düşünürəm ki, bu əməkdaşlığa çox praktik təsir göstərə bilər. Məsələn, Gürcüstanla Azərbaycan arasında son illərdəki əməkdaşlığa nəzər salsaq, görərik ki, iki ölkə necə inteqrasiya olunub, iki ölkə qarşılıqlı fayda üçün ümumi layihələr həyata keçirir.
Ermənistan bu mövcud layihələrə qoşula bilərmi? Bəli, biz sülh müqaviləsini imzalayanda, əlbəttə. Ermənistanın bu əməkdaşlığa hansı töhfə verə biləcəyi indiki mərhələdə açıq sualdır, çünki burada neft kəmərləri, təbii qaz kəmərləri, nəqliyyat, dəmir yolu, elektrik kabelləri, təhlükəsizlik məsələləri təkcə hüquqlardan söhbət getmir, tərəflərin də öhdəlikləri var. Gürcüstan və Azərbaycanın bu istiqamətdə artıq neft kəmərləri, təbii qaz kəmərləri, nəqliyyat, dəmir yolu, elektrik kabelləri, təhlükəsizlik məsələləri kimi böyük töhfəsi var. Bu günlərdə Bakıda üç ölkənin, Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü keçirildi. Bu artıq ənənəvi hal alıb.
Bizim təkcə müdafiə sahəsində deyil, digər sahələrdə də, o cümlədən iqtisadiyyat və s. kimi üçtərəfli əməkdaşlıq formatımız var. Gürcüstan hökuməti də bu baxışı tam bölüşür lakin Ermənistandan hələ də dəqiq mövqe yoxdur, bunu onlardan hiss etsək, başlaya bilərik.
Onlar özlərini daha təhlükəsiz hiss edəcəklər. Bizim gürcü dostlarımız bilirlər ki, böyük oyunçular arasında baş verənlərdən asılı olmayaraq, Gürcüstanın enerji təhlükəsizliyi tam qorunur. Çünki bu, etibarlı təchizat mənbəyidir. Bu, yaxşı olan və dostluğa çevrilmiş qarşılıqlı əlaqə, qarşılıqlı asılılıqdır”, – deyə İlham Əliyev bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Kök şirəsinin faydası
Öncəki yazı
Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı