İlham Əliyev: “Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrini gücləndiririk”

1

Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Ənənəvi görüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha sıx dostluq etməsi məqsədinə xidmət etdiyini vurğulayan dövlət başçısı bildirib:

Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib şərtdir”.

AzərTac

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
İlham Əliyev: “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”
Öncəki yazı
Marneulidə şərab festivalı keçirilir