İlham Əliyev: “Azərbaycan öz suverenliyin tam təmin edib”

0

“Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyin tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, – Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla, – beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik”.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün, sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

İyirmi dörd saat ərzində, ondan da az həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan ordusu – Azərbaycan ərazində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir”, – deyə dövlət başçısı bildirib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Xocalıda erməni nümayəndələri ilə görüş keçirildi – VİDEO
Öncəki yazı
Qars-Naxçıvan dəmir yoluna dair protokol imzalandı