This is a specific ad

İlham Əliyev Azərbaycan təyyarəsinin vurulması ilə bağlı – Rusiya dövlət qurumlarının bu hadisəni gizlətmək və absurd versiyalar səsləndirmək cəhdi bizdə təəccüb və haqlı hiddət yaradır

45

Another advertisement

“Rusiya dövlət qurumlarının bu hadisəni ört-basdır etmək və israrla absurd versiyalar haqqında danışmaq cəhdi bizdə təəccüb, kədər və haqlı hiddət doğurur”.

QafqazTürk Media xəbər verir ki, bu sözləri  Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin  qəzaya uğraması barədə danışarkən deyib.

“Prokurorluğun işçi qrupları Qroznı və Aktau şəhərlərinə göndərilib, orada əməliyyat işləri aparıblar. Yenə deyirəm, ilkin məlumatlar var. Təbii ki, araşdırmalar başa çatandan sonra Azərbaycan cəmiyyətinə tam məlumat verəcəyik. Bununla belə, dekabrın 29-da qeyd etdiyim bir məqamı diqqətinizə çatdırmaq istəyirəm: təyyarə yerdən vurulduqdan sonra Qroznı şəhərində hava məkanının bağlanması əməliyyatı elan edilib”, – deyə Əliyev bildirib.

Onun sözlərinə görə, bu fakt bir daha onu göstərir ki, orada cinayət əlamətləri olan çox ciddi məsələlər var.

“Bir qayda olaraq, ölkənin hava məkanında təhlükə yarandıqda o, dərhal bağlanır. Bütün ölkələrə aiddir və fərqli adlara malikdir. Rusiyada buna “Xalça” əməliyyatı deyirlər. Əgər Rusiya hava məkanına təhlükə yaranarsa, dərhal təyyarənin kapitanına məlumat verilməli, hava məkanı dərhal bağlanmalı və təyyarə geri çəkilməli idi. Bu yerdə qeyd edim ki, təyyarə qəzasından təxminən 10 gün əvvəl Qroznı şəhəri yaxınlığında oxşar hadisə baş vermişdi. AZAL-a məxsus təyyarə yolun ortasından geriyə dönüb. Niyə bu dəfə uçuş heyətinə xəbərdarlıq edilmədi? Təbii ki, araşdırma bunu üzə çıxaracaq. Bir daha demək istəyirəm ki, bizdə olan məlumatlar həqiqətə əsaslanır. “Rusiya dövlət qurumlarının bu hadisəni ört-basdır etmək və israrla absurd versiyalar barədə danışmaq cəhdi bizdə təəccüb, kədər və haqlı hiddət doğurur”, – Əliyev bildirib.

Xatırladırıq ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. Bakıdan Qroznıya uçan təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfər olub. İlkin araşdırma təsdiqləyib ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasına Rusiyanın “yer-hava” raketi səbəb olub.

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
Təyyarənin salonundakı hermetiklik pozulub və təyyarə məcburi şəkildə hava limanına enib
Öncəki yazı
Sabaha olan valyuta məzənnəsi bəllidir