Another advertisement
“Bu il Avropaya təbii qazın ixracı 12 milyard kubmetr olacaq, 2027-ci ilə qədər isə ixrac illik 20 milyard kubmetrə qədər artacaq”
QafqazTürk xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litvaya səfəri zamanı açıqlayıb.
“2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur. Bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir”-deyə İlham Əliyev açıqlayıb.