• 30 Noyabr 2023 01:54

İlham Əliyev: “Həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış olmaq dostluğumuzu daha da gücləndirir”

Avatar photo

ByHacı Xəlilzadə

Apr 7, 2023

“Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay əvvəl biz Gürcüstanda sizin qonağınız idik. Bu gün siz Azərbaycandasınız”.

QafqazTürk xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə mətbuata birgə bəyanatı zamanı deyib.

“Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı ənənədir. Çünki beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış oluruq və bu bizim dostluğumuzu daha da gücləndirir”, – deyə İlham Əliyev bildirib.

Xatırladaq ki, Gürcüstan Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasında səfərdədir.

6460cookie-checkİlham Əliyev: “Həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış olmaq dostluğumuzu daha da gücləndirir”

Bir cavab yazın