This is a specific ad

İkinci Kosalı kəndində aparlan arxeoloji qazıntılar nəticəsində V-VI əsrlərə aid qalıqlar tapılıb-FOTO

310

Another advertisement
Marneuli bələdiyyəsinin İkinci Kosalı kəndi yaxınlığında 2020-ci ildən intensiv şəkildə arxeoloji qazıntılar aparılır. Aparılan arxeoloji tədqiqatlar  prosesində V-VI əsrlərə aid saray, məzar, insan qalıqları və bir çox mühüm artefakt aşkar edilmişdir.
Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Sakrebulonun sədri Amiran Qiorqadze və merin birinci müavini Roin Dekanoidze aşkar edilmiş artefaktlarla yerində tanış olublar.
İkinci Kosalı kəndində arxeoloji qazıntılar Gürcüstanın Şota Rustaveli adına Milli Elm Fondunun maliyyə dəstəyi və Gürcüstan Milli Muzeyinin ekspedisiyası çərçivəsində, Davit Mindoraşvilinin rəhbərliyi ilə həyata keçirilir.
Aparılan arxeoloji qazıntılar  Marneuli bələdiyyəsinin unikal mədəni-tarixi əhəmiyyətini bir daha vurğulayır.
Sonrakı yazı
XI Parlament hökumətə etimad göstərib
Öncəki yazı
“Bu gün müxalifətin kresloları boşdur, demək lazımdır ki, onlar bu gün burada otursaydılar belə, bu kreslolar indiki kimi boş hesab olunardı”-İrakli Kobaxidze