This is a specific ad

İki partiya üzvü arasında mübahisə ölümlə nəticələnib

471

Another advertisement

Çxaltuboda iki partiya üzvü arasında yaranmış mübahisə ölümlə nəticələnib. Məlumata görə, sakinlərlə keçirilən görüş zamanı müxalifət fəalı “Gürcü arzusu” partiyasının üzvlərinə yaxınlaşaraq onlarla mübahisə edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə İmedi kanalı məlumat yayıb.

Vidoeda göründüyü kimi, “Gürcü Arzusu” partiyasının  nümayəndəsi ilə müxalifət partiyası nümayəndəsi arasında sözlü qarşıdurma yaranıb və nəticədə Gürcü Arzusunun fəalı hadisə yerində dünyasını dəyişib.

Əraziyə təcili tibbi yardım və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Sonrakı yazı
Kənd təsərrüfatı torpaqlarının becərilməsi məcburi olacaq?! – Hökumət torpaq məcəlləsi üzərində işləyir
Öncəki yazı
14 yaşlı yeniyetmə 4 nəfərin ölümünə səbəb olub