Polşada iki nəfər Gürcüstan vətəndaşı oğurluqda ittiham olunaraq həbs edilib.
Saxlanılanlar avtomobildən 60 min zloti oğurlamaqda ittiham olunurlar.
Polisin məlumatına görə, saxlanılanlar 37 və 29 yaşlı Gürcüstan vətəndaşlarıdır.
Günahları sübuta yetirilərsə, onları 10 ilə qədər həbs gözləyir.