This is a specific ad

İddia: Zelenski 500 milyon avro rüşvət təklif edib

36

Another advertisement

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskinin ona rüşvət təklif etdiyini iddia edib.

 Qafqaz Türk Media xəbər verir ki, Slovakiya Baş naziri bu barədə jurnalistlərlə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Zelenski Brüsseldə baş tutan qapalı görüşdə danışıqlar zamanı Ukraynanın NATO-ya (Şimali Atlantika Alyansı) qəbulu məsələsində Slovakiyanın səsini almaq üçün Fitsoya Rusiya aktivlərindən 500 milyon avro təklif edib.

 Robert Fitso təklifdən imtina etdiyini vurğulayıb və heç bir halda Kiyevin Şimali Atlantika Alyansına qoşulmasına səs verməyəcəyini bildirib.

 “O, Rusiya aktivlərindən 500 milyon avro verərsə, Ukraynanın NATO üzvlüyünə SƏS verib- verməyəcəyimi məndən soruşdu. Təbii ki, mən ona “heç vaxt” cavabını verdim”, – deyə Fitso qeyd edib.

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
Orbeliani sarayında müxalifət nümayəndələri və qeyri-hökumət təşkilatlarının üzvləri prezident Salome Zurabişvilinin ilə görüşürlər
Öncəki yazı
Putin Rusiya-Ukrayna müharibəsi barədə: “Bizi aldatdılar”