Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bu ilin oktyabr ayında ölkənin yeni konstitusiyası üzərində işə başlayacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Nəşr qeyd edib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bundan öncə bütün siyasi qüvvələri ölkənin Əsas Qanun layihəsinin hazırlanmasında fəal iştirak etməyə çağırıb.
Nəşrin sözlərinə görə, 1 oktyabrdan etibarən Türkiyə Böyük Millət Məclisi (TBMM) qanunların müzakirəsinə başlayacaq və yeni konstitusiya məsələsi gündəliyində ilk sırada yer alacaq referendum variantı istisna edilmir.
AKP-nin müxalifət və vətəndaş cəmiyyəti ilə danışıqlara xüsusi diqqət yetirəcəyi bildirilib və həmçinin əlavə olunub ki, vətəndaş cəmiyyəti təşkilatları, parlamentdəki və parlamentdən kənar müxalifət və cəmiyyətin hər bir təbəqəsi ilə dialoq prioritet olacaq.