This is a specific ad

İctimai fəallıq nədir və onun icmanın inkişafında nə önəmi var ?

406

Another advertisement

İctimai fəallıq icmanın ictimai həyatında fəal iştirak deməkdir. İctmai fəallar bir qayda olaraq, daha məlumatlı və əzmkar olur, onların attıqları addımlar isə öz maraqlarına deyil, ictimai maraqlara fayda verir.

İctimai fəallar insanların həyatını və cəmiyyəti yaxşılığa doğru dəyişməyə çalışırlar, öz biliklərini və təcrübələrini başqaları ilə paylaşırlar, müxtəlif sahələrdə tədbirlər həyata keçirirlər. Məsələn, ətraf mühitin qorunması, insan hüquqların müdafiəsi və digər oxşar mövzularda müsbət dəyişiklik etmək üçün fərd və ya qrup şəklində fəaliyyət göstərirlər.

Gürcüstanda nədənsə ictimai fəallığı yalnız siyasi aksiya və hərəkatlarla eyniləşdirilir, lakin bu belə deyil. İctimai fəalların fəaliyyəti çox müxtəlifdir. Məsələn:

  • Heyvanların hüquqlarının qayğısına qalırlar – heyvanlara qarşı qəddar rəftarın əleyhinə çıxırlar, evsiz heyvanlara kömək edirlər, onlar üçün sığınacaqlar təşkil edirlər.
  • Onlar ətraf mühitin qayğısına qalırlar – onu təmizləyirlər, suyun, qidanın, havanın keyfiyyətini ölçürlər, insanın təbiətə zərər verməsinə qarşı çıxırlar.
  • Onlar vətəndaş hüquqlarının qorunmasının qayğısına qalırlar – ifadə, media azadlığını və bərabərliyi dəstəkləyirlər. Onlar ayrıseçkiliyə qarşıdırlar.
  • Onlar sosial ədalətin güclənməsi üçün hərakata keçirlər. Məsələn ədalətli əmək haqqı və pensiyalara, düzgün iş şəraitinə, insanların bərabər imkanlara sahib olmaları üçün bu məsələləri gündəmə gətirirlər.
  • Onlar insan hüquqlarına əhəmiyyət verirlər – sağlamlıq, təhsil, şəxsi həyat və digər mövzularda insanları bilgiləndirirlər.

Əgər cəmiyyət üçün faydalı dəyişikliklərin lazım olduğunu və edə biləcəyinizi düşünürsünüzsə, başqalarını gözləməyin, elə bu gündən başlayın. Başqalarına örnək olun!

Sonrakı yazı
Güney Azərbaycanın siyasi təşkilatları Volodimir Zelenskiyə müraciət edib
Öncəki yazı
Marneulinin bir neçə küçəsinə günlərdir içməli su verilmir- Şirkətin açıqlaması