This is a specific ad

İcazəsiz tikintiyə görə cərimələr artıb

58

Another advertisement

Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsi ilə Mədəniyyət Komitəsinin birgə iclasında “Gürcüstanın Ərazi Planlaşdırılması, Memarlıq və Tikinti Fəaliyyəti Məcəlləsinə dəyişikliklər” lahiyəsi müzakirə edilib.

Qafqaztürk xəbər verir ki, məsələni müzakirəyə parlamentin üzvü Beka Davituliani çıxarıb.

Qanun layihəsinin hazırlanmasında məqsəd mədəni irsin mühafizə zonalarında qanunsuz tikililərlə bağlı qanun pozuntularının mümkün qədər azaldılması və ümumilikdə bu istiqamətdə daha profilaktik sistemin yaradılmasıdır.Məkan Planlaşdırılması, Memarlıq və Tikinti Fəaliyyəti Məcəlləsi”nə edilən dəyişikliklə belə zonalarda həm xüsusi mülkiyyətdə olan daşınmaz əmlak, həm də dövlət və ya bələdiyyə mülkiyyətində olan daşınmaz əmlaklar üzrə özbaşına tikililərə görə cərimələr artır.

I dərəcəli tikinti üçün – 16 000 lari;

II dərəcəli tikinti üçün – 75 000 lari;

III və IV sinif tikinti üçün – 250 000 lari.

Komitələrin birgə iclasında səslənən qanunvericilik təşəbbüsü yekdilliklə dəstəkləndi

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanda işsizlik səviyyəsi açıqlanıb
Öncəki yazı
Gürcüstan Cinayət Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur