This is a specific ad

İçərisində 64 nəfərin olduğu sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub

34

Another advertisement

İçərisində 64 nəfərin olduğu American Airlines sərnişin təyyarəsi ABŞ ordusuna məxsus Black Hawk helikopteri ilə toqquşub.

QafqazTürk Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Televiziya şirkətinin məlumatına görə, toqquşma Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi uçuş-enmə zolağına yaxınlaşarkən baş verib. Toqquşmadan sonra təyyarə Potomak çayına düşüb.

Hazırda tələfatla bağlı təsdiqlənmiş məlumat yoxdur və Potomak çayında axtarış-xilasetmə əməliyyatları davam edir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Donald Tramp Akt imzalayıb
Öncəki yazı
Əhməd əl-Şaraa Suriyanın yeni prezidenti təyin edilib