This is a specific ad

Hər il bu ölkədə 50 mindən çox insan ilan sancması nəticəsində həyatını itirir

255

Another advertisement

Hər il Hindistanda milyonlarla insanı ilan sancır.

QafqazTürk Media BBC-yə istinadən xəbər verir ki, ölkədə ilan sancması nəticəsində həyatını itirən insanların sayı isə 50 000-dən çoxdur.

Mütəxəssislər ilanların insanlara qarşı hücumlarının artmasına səbəb olaraq qlobal istiləşməni göstərirlər. Onlar iddia edirlər ki, iqlim dəyişikliyi ilanların sayını və yaşayış areallarını artırır.

Hindilər arasında batil inanclar da ilan təhdidinin artmasına səbəb olur. Belə ki, ölkənin bəzi əyalətlərində ilanların sancdığı insanlar həkim əvəzinə baxıcılara aparılır. Nəticədə zamanında qurtarıla biləcək insanların müalicəsi gecikir və onlar həyatlarını itirirlər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ərdoğandan BMT-yə çağırış
Öncəki yazı
İsrail Qəzzada məktəbə hava zərbələri endirib