This is a specific ad

Hər gün sarımsağı bişirib yeyin – Həkim

23

Another advertisement

Sarımsaq yemək hər baxımdan faydalıdır. Amma həkimlər sarımsağı qaynadıb və ya bişirib yeməyi daha faydalı hesab edir.

QafqazTürk Media xəbər verir ki, həkim Vladimir İvanov bildirib ki, bişmiş sarımsaq öz qiymətli xüsusiyyətlərinə görə təzə sarımsağı geridə qoyur.

“Bişirdikdə, xüsusən sobada sarımsağın tərkibində mədənin selikli qişasını qıcıqlandıran birləşmələr məhv olur. Sarımsaq yüksək turşuluq və ya mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün zərərli ola bilər.

İstilik müalicəsi sarımsağın tərkibindəki vitamin və mineralları məhv etmir. Qaynadılmış sarımsaq həmçinin hüceyrələri zədələnmədən qoruyan və qocalma prosesini ləngidən antioksidanların əhəmiyyətli bir hissəsini saxlayır”, – İvanov deyib.

Bundan əlavə, həkim hesab edir ki, qaynadılmış sarımsağın müntəzəm istifadəsi xolesterinin səviyyəsini azaltmağa və qan təzyiqini normallaşdırmağa kömək edir.

İvanov xəbərdarlıq edib ki, əgər qaraciyər və ya böyrək xəstəliyiniz varsa, qaynadılmış sarımsağı qəbul etməzdən əvvəl həkimə müraciət etməlisiniz:

“Sarımsağın tərkibində olan efir yağları və allisin mədə-bağırsaq traktının, öd yollarının və sidik yollarının selikli qişalarını qıcıqlandırır. Onu istifadə edərkən, bu orqanların xroniki patologiyalarını artıra bilərsiz”.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Avropanın ən ucuz şəhərləri – Siyahı
Öncəki yazı
Bu məsələ ilə bağlı hər hansı müzakirəni rədd edirik – Ərdoğan