This is a specific ad

Həkimlərə qəzəblənən kişi təcili tibbi yardım maşınını qaçırıb

32

Another advertisement

Yaponiyanın Saitama prefekturasından olan bir kişi təcili tibbi yardım çağırıb və sonra onu qaçırmağa cəhd edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Hadisə bazar ertəsi, yanvarın 20-də axşam saatlarında Kuki şəhərində baş verib. 46 yaşlı Hiroşi Hirata şiddətli qarın ağrısından şikayət edərək təcili tibbi yardım çağırıb. Həkimlər həmin şəxsin sərxoş olduğunu müəyyən ediblər. Hirataya xəstəxanada  yatmağa ehtiyac olmadığını da izah ediblər.

Yapon inciyib və qəzəblənib. O, əvvəlcə həkimləri hədələyib, daha sonra küçəyə qaçaraq təcili tibbi yardım maşınını qaçırıb. Polis maşını və oğrunu evdən yüz metr aralıda, yaxınlıqdakı aptekin dayanacağında tapıb.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Robert Fiko Vladimir Zelenskini Slovakiyanın daxili işlərinə qarışmaqda ittiham edib
Öncəki yazı
“Düşünürəm ki, Qrenlandiyanı alacağıq”-Donald Tramp