Meteoroloq – Koba Partenadze, yenilənmiş hava proqnozu haqqında yazır.
Yaxın günlərdə Gürcüstanda hava şəraitini antisiklon və bununla bağlı yüksək təzyiq zonası müəyyən edəcək ki, bu da sabit günəşli günlərə səbəb olacaq.
Axşam və gecə qısamüddətli yağış yağacağı yüksək dağlıq yaşayış məntəqələri istisna olmaqla, yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin buludsuz keçəcəyi, +25, +30 dərəcə isti olacağı gözlənilir.
Ümumiyyətlə, iyun ayı statistik göstəricilərə uyğun, yağıntının miqdarı normaya yaxın, bəzi yerlərdə isə ondan az olacaq”, – meteoroloq yazır.