This is a specific ad

Hüseyn Yusubov şeyx seçkilərindən danışdı

16

Another advertisement

Yeni seçiləcək şeyxin kim olmasına baxmayaraq, mən dəstəkləyəcəm və müraciət edərlərsə əməkdaşlıq da edə bilərik“.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin təsisçilərindən biri və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov deyib.

O bildirib ki, yeni seçilən şeyx kim olacaqsa mən onu təbrik edib, uğurlar arzulayacağam.

Əvvəla bunu deyim ki, Ramin İgidov qurduğumuz idarəni bir insituta çevirməyi bacardı, bütün daşları bir-bir yerinə oturtdu və müsəlmanlar üçün tam bir idarəyə çevirməyin öhdəsindən gəldi. Bunun üçün ona təşəkkür edirəm. Bunu hər adam bacara bilməzdi. Yeni seçiləcək şeyxə gəldikdə isə idarədə məsuliyyətli, elmli, alim insanlar var və onlar özləri yeni şeyxi seçəcəklər. Biz də təbrik edib fəaliyyətində uğurlar arzulayacağıq. Müraciət edərlərsə əməkdaşlığa da hazır olduğumuzu bildirəcəyik” , – deyə Hüseyn Yusubov bildirib.

Aktual.ge

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Stressi azaltmaq üçün ən yaxşı vasitə
Öncəki yazı
,,ხარიბულბული” გამარჯვების სიმბოლო