This is a specific ad

Hüseyn Yusubov: “AŞPA Azərbaycana qarşı ədalətsiz addımlar atmaqla özünü gülünc vəziyyətə salır”

75

Another advertisement

Azərbaycan ərazilərinin işğal olunması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hansısa qərar və ya qətnamə qəbul etməsini, ən azından işğalçı Ermənistanın səsvermə hüququnu məhdudlaşdırmasını otuz ilə yaxın müddətdə gözlədi. Təəssüf ki, bunların heç biri həyata keçmədi. Azərbaycan səbirlə gözlədi və nəhayət, ədaləti özü həll etdi“.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, siyasi şərhçi Hüseyn Yusubov AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, AŞPA və digər avropalı parlamentarilərin gözü qarşısında Azərbaycan 30 il işğal altında qalan torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində azad etdi. Bu müharibə zamanı nə bir körpə, qadın və qoca həlak olmadı, evlər dağıdılmadı. Amma işğalçı Ermənistan müharibə zonasından xeyli uzaqda yerləşən Gəncəni, Bərdəni, Xaçmazı, Mingəçeviri, həmçinin Bakını belə artilleriya atəşinə tutdu. Azərbaycanın bu addımı və səbirli hərəkəti AŞPA-nı təşvişə saldı, gülünc vəziyyətdə qoydu. Fransa kimi dövlətlər və onların əlaltısı olan AŞPA havadarlıq etdikləri Ermənistan qarşısında da gülünc vəziyyətdən çıxmaq üçün yollar axtarırlar. Ermənistanın da danışıqlar masası arxasında oturmaq istəyi, Qarabağ məsələsinin danışıqlar predmeti olmaması onları daha çətin vəziyyətə saldı. Ona görə də AŞPA vəziyyətdən çıxmaq üçün Azərbaycana qarşı gülünc, ədalətsiz addımlar atır, qərarlar qəbul edir. Əslində bu cür addımlar elə AŞPA-nın özünü yenə də gülünc vəziyyətə salır və onun sonunu yaxınlaşdırır.

AŞPA Fransanın təsiri altında irəli gedərək Qarabağ və ermənilərlə bağlı məsələ qaldırdı və bunu guya əldə əsas tutaraq Azərbaycana qarşı qərar qəbul etdi. Onlar Azərbaycanın çəkinəcəyini düşünürdülər. Ancaq Azərbaycan elə dövlət deyil ki, kimdənsə çəkinsin. Azərbaycan öz hüquqlarını qorumağı bacarır və fəaliyyətini hansı qurumda davam etdirəcəyini özü müəyyənləşdirir. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq deməliyəm ki, Avropa İttifaqının yaratmış olduğu bütün institutlarda anti-türk, anti-Azərbaycan və islamofob əhvali-ruhiyyə var və bu, davam edir. Onların türklərə, müsəlmanlara münasibətini də görürük. Çökməkdə olan Avropa İttifaqı iqtisadiyyatı Azərbaycana, eləcə də digər dövlətlərə heç nə vəd etmir. Bundan başqa, bu il Avropa Parlamentinə seçkilərdə bugünkü liberalların qalib gəlməyəcəyi tam aydındır. Fikrimcə, böyük ehtimalla Avropa İttifaqında hakimiyyətə neofaşistlər gələcəklər. Artıq bu zaman Avropanın gələcəyini indidən təxmin etmək olar”, – deyə H.Yusifov bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
ჰუსეინ იუსუბოვი: “საპარლამენტო ასამბლეა თავს სულელურ მდგომარეობაში იგდებს აზერბაიჯანის წინააღმდეგ უსამართლო ნაბიჯების გადადგმით”
Öncəki yazı
Stoltenberq Ərdoğana təşəkkür etdi