This is a specific ad

SON DƏQİQƏ ! Hüquqi məsələlər komitəsi “xarici agentlər haqda” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib

47

Another advertisement

Parlamentinin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirərək təsdiqləyib.

QafqazTürk.com xəbər verir ki, qərar bir neçə dəqiqə əvvəl komitə tərəfindən qəbul edilib. Komitə sədri Anri Oxanaşvilinin sözlərinə görə üçüncü oxunuşda deputatların yalnız redaksiya xarakterli çıxış etmək imkanı olub. İclasda iştirak edən deputatların iradları və ya rəyləri olmayıb və onlar qanun layhəsini dəstəkləyiblər. Komitə iclası başlayandan 2 dəqiqə sonra başa çatıb.

Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu xaricdən formalaşan qeyri-kommersiya təşkilatları “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” kimi reyestrdən keçməli, hər il maliyyə hesabatı verməlidir. Qanun layihəsi eyni zamanda ölkənin Ədliyyə nazirliyinə qeyri-kommersiya təşkilatları ilə bağlı araşdırma aparmaq səlahiyyəti verilməsini nəzərdə tutur.
Reyestrdən keçməyən təşkilatların təxminən 25 min lari (15 min manat) cərimələnməsi nəzərdə tutulur.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tələbələrin tətili başlayıb, aksiyaya 30 universitet qoşulub
Öncəki yazı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma baş verib