Türkiyə Böyük Millət Məclisinin (TBBM) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 29-da Bakıda Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
QafqazTürk.com xəbər verir ki, Türkiyə nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkiyə nümayəndə heyəti Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi yad edilib.
Sonda Hulusi Akar “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.