This is a specific ad

Hulusi Akar amerikalı həmkarı ilə telefon danışığı aparıb

80

Another advertisement

Bu gün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

QafqazTürk “Trend”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən telefon danışığı zamanı tərəflər Türkiyədə baş verən zəlzələni müzakirə ediblər.

Qara Dəniz Taxıl Təşəbbüsü üzrə Sazişin müddətinin uzadılmasının vacibliyi vurğulanıb.

Nazirlər həmçinin Finlandiyanın NATO-ya üzvlüyünü də müzakirə edib.

Eyni zamanda, Türkiyə tərəfindən F-16 qırıcılarının alınması və modernləşdirilməsi layihəsinin tez və müsbət yekunlaşmasının vacibliyi vurğulanıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ramazanın 16-cı günü: dua, imsak və iftar vaxtı
Öncəki yazı
Rustavi-Tbilisi yolunda avtomobil satıcıları aksiya keçirib