Hökumət Müstəqillik Gününü qeyd etmək üçün 2 milyon dollar ayıracaq

0

hökuməti mayın 26-da Gürcüstanın Müstəqillik Gününü qeyd etmək üçün tədbirlərə 5,3 milyon lari (təxminən 2 milyon dollar) ayıracaq.

QafqazTürk.com xəbər verir ki,bu hökümətin sərəncamında məlum olub.

Mayın 26-da Müstəqillik Gününün qeyd olunması 1918-ci ildə Noe Jordaniyanın başçılıq etdiyi Birinci Demokratik Hökumət tərəfindən Gürcüstanın müstəqilliyini elan etdiyi tarixə təsadüf edir. Gürcüstanın ilk demokratik respublikasının ömrü iki il yarım davam edib.

Maliyyə Nazirliyi qeyd olunan məbləği hökumət administrasiyasının ehtiyat fondundan ayıracaq.

Qeyd edək ki,bu gündə tədbirlərin əsas hissəsi adətən Tbilisinin Azadlıq meydanında və Rustaveli prospektində keçirilir.

1
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir
Öncəki yazı
Ötən gecə aksiyada xəsarət alanların sayı açıqlanıb